QR CodeQR Code

Suriya ordusu Quseyrdəki terrorçuları “küncə sıxışdırıb”

22 May 2013 09:18

IslamTimes - Şəhərdəki üsyançıların hərbi və strateji keçid yolları nəzarətə götürülərək mühasirəyə alınıb


Suriyalı nüfuzlu hərbi ekspert bildirib ki, son dövrlər üsyançıların nəzarətində olan əl-Quseyr şəhəri demək olar ki, üsyançıların strateji təsirindən azad edilib.
 
Suriya ordusu Quseyr şəhərinin əsas giriş və çıxış yollarına nəzarət etməklə xarici təmayüllü üsyançıları blokadaya salıb. Üsyançıların strateji və hərbi baxımdan əsas dayaqları itirilib.
 
Quseyr üsyançılarının müqavimətinin strateji və hərbi baxımdan demək olar ki, qırıldığını bildirən hərbi ekspert Səlim Hərbə Suriya ordusunun şəhərin artıq 70 faizində nəzarəti bərpa etdiyini qeyd edib. Ekspert hazırda Suriya ordusuyla terrorçu qruplaşmalar arasında şəhərin digər bölgələrində döyüşlərin davam etdiyini də qeyd edib.  /islamazeri/


Story Code: 266282

News Link :
https://www.islamtimes.org/az/news/266282/suriya-ordusu-quseyrdəki-terrorçuları-küncə-sıxışdırıb

Islam Times
  https://www.islamtimes.org