QR CodeQR Code

Britaniya da əxlaqsız azlıqların “nigah”ını qanuniləşdirmək yoluna girdi

22 May 2013 10:30

IslamTimes - Britaniyanın Nümayəndələr Palatasının əksər üzvləri İngiltərə və Uelsdə əxlaqsız cinsi azlıqların “nigah”ının qanuniləşdirilməsinə səs verib.


Buna baxmayaraq parlamentin 161 deputatı da bu rəzil qanun layihəsinə qarşı çıxıb.  Nümayəndələr Palatasının 366 üzvü cəmiyyətdə ailə dəyərlərini sarsıtmağı nəzərdə tutan bu qanun layihəsi üçün səsvermə keçirib. Britaniyanın əsas partiyalarından olan Mühafizəkarlar partiyası buna qarşı çıxıb. Öncə bu qanuna səs verməyə leyboristlərində dəstək verməsindən sonra artıq çoxluq bu əxlaqsız qanunu dəstəkləyib.
 
Bu ilin fevral ayında keçirilmiş səsvermə zamanı onu 225 deputat dəstəkləsə də Mühafizəkarlar onun qəbul olunmaması üçün öz veto hüququndan istifadə edib. Bu dəfə də partiyanın bu addımı atacağı gözlənilir. /Deyerler/


Story Code: 266307

News Link :
https://www.islamtimes.org/az/news/266307/britaniya-da-əxlaqsız-azlıqların-nigah-ını-qanuniləşdirmək-yoluna-girdi

Islam Times
  https://www.islamtimes.org