0
Wednesday 22 May 2013 - 12:17

Mövsüm Səmədova Bakının 3 rayonundan 13 min imza toplandı

Story Code : 266364
Mövsüm Səmədova Bakının 3 rayonundan 13 min imza toplandı
Mövsüm Səmədova Bakının 3 rayonundan 13 min imza toplandı
Oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə əlaqədar müxtəlif bölgələrdə yaşayan vətəndaşlar-ziyalı, dindar, mömin insanların Azərbaycan İslam Oyanış Hərakatının Lideri, Azərbaycan İslam Partiyasının Sədri Mövsüm Səmədova etdiyi müraciətə paytaxt Bakının Nərimanov, Xətai və Ysamal rayonundan olan sakinlər də qoşulublar.

Müraciət müəllifləri bildirirlər ki, bu il Azərbaycanda keçiriləcək prezident seçkilərinə “Əxlaqlı seçki və ədalətli hakimiyyət uğrunda hərəkat” adı altında qoşulan İslam Partiyasının çağırışını hamılıqla dəstəkləyirlər: “Bu istək bizdə Azərbaycanın istiqlaliyyətinin möhkəmləndirilməsi, nikbin gələcəyinin və torpaqlarımızın bütövlüyünün təmin olunması, milli-mənəvi, dini dəyərlərimizin qorunub saxlanması, xarici qüvvələrin dövlətimizin daxili işlərinə qarışmaqdan kənarlaşdırılması, cəmiyyətin ədalətlə idarə edilməsi və qanunun aliliyinin icra edilməsi kimi vətəndaş maraqlarından irəli gəlir. Sizin malik olduğunuz xüsusiyyətlər və insani dəyərlər bizdə böyük ümidlər və inam yaradır. Sizə olan etimadımızı nəzərə alıb təklifimizi qəbul etməyinizi xahiş edirik.”

İndiyə kimi Hacıqabul, Saatlı, Astara, Lənkəran, Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan, Ağstafa, Qazax, Gəncə, Yevlax, Tərtər, Bərdə, Ucar, Quba, Xaçmaz və Şabrandan ümumilikdə 54 minə yaxın imza toplanıb.
Source : Faktxeber
Comment