0
Wednesday 22 May 2013 - 14:06

AKP-yə polislər yetmədi 10 min mühafizə məmuru alınacaq

Story Code : 266445
AKP-yə polislər yetmədi 10 min mühafizə məmuru alınacaq
AKP-yə polislər yetmədi 10 min mühafizə məmuru alınacaq
Islam times.org/az/ - Məclisdə jurnalistlərin suallarını cavablayan Daxili İşlər naziri Muammer Gülər baş nazir Tayyib Ərdoğanın təlimatıyla Gənclər və İdman Nazirliyi ilə icra etdikləri bir iş olduğunu söyləyib. Konstitusiyanın "universitetlər və onlara bağlı müəsissələr dövlətin nəzarətindədir və buralarla əlaqədar təhlükəsizlik tədbirləri dövlət tərəfindən təmin edilir" maddəsini səbəb göstərdi.

Mühafizəni mühafizə məmuru görəcək, polisin 'ayrı vəzifələri "olacaq
Təhlükəsizlik xidmətləri sinifi içində mühafizə məmuru adıyla bir yeni işləri olduğunu ifadə edən Gülər, "Onu indi bitirməyə çalışırıq. Bu mühafizə məmurları yalnız mühafizə işlərini görəcəklər. Nəyi qoruyacaqlar? Şəxsləri, təşkilatları, bina və qurğuları, həssas bölgələri, diplomatk missiyaları, xüsusi şeyləri qoruyacaqlar . Vəzifələri yalnız qoruma olacaq. Amma təhlükəsizlik xidmətləri sinifində olacaq. Bunları xüsusi olaraq 4 ay nəzəri, 2 ay da tətbiqi təhsil verərək, yetişdirəcəyik. Artıq polis belə öz şöbəsinin qarşısında keşiyi özü etməyəcək. Polisin ayrı vəzifəsi olacaq. Polis öz branşına görə xidmətini davam etdirəcək. .. Qanuni dəyişiklik edəcəyik. Hamısı ayrı-ayrı təhsil görəcəklər. Universitet və ya stadionlarda vəzifə verəcəyimiz mühafizə məmurları da bunlardan seçiləcək. Bunların içində özəl təhlükəsizlik sənədləri olanlardan da faydalanacağıq. Hətta özəl təhlükəsizlikdə çalışan və müəyyən bir yaşı aşmayanlar, bəlkə bir seçim səbəbi olacaq "dedi.

Sayları AKP-yə çatmır ya xidmət verməyə?
Keçən il müxtəlif matçlarda 263 min 438 polis ilə 96 min 593 özəl təhlükəsizliyin vəzifələndirildiyini söyləyən Gülər, 98%-i futbol matçlarında olmaq üzrə 2012-2013 mövsümündə cəmi 304 hadisə meydana gəldiyini ifadə etdi. Polisin hadisələrin qarşısını almağa gücü yetmədiyini deyən nazir, "E-bilet tətbiqi olacaq. Azarkeşlər kartı olacaq. Girişdə göz tanınması ediləcək. Xüsusi kameralar olacaq", deyərək tədbirləri artıracaqlarını ifadə etdi.

Polisin vəzifələri 'bəzən' mühafizə məmurunun da olacaq
Mühafizə məmuru alınması üçün önümüzdəki Nazirlər Kabinetinin iclasında qərar alınacağını ifadə edən Gülər, il sonuna qədər 10 min adamın məşğulluğa yetişdirəcəklərini söylədi. Şəxsi hüquqlarının polisə bərabər yaxınlıqda olacağı ifadə edilən mühafizə məmurları, polisdən fərqli formalar geyəcək ancaq Gülərin ifadəsinə görə, polis kimi təcili hadisələrdə müdaxilə səlahiyyəti olacaq.
Source : Islamtimes
Comment