0
Wednesday 22 May 2013 - 14:30

Azərbaycanda daha bir azadlıqdan məhrum edilən məhbus ölüb

Story Code : 266459
Azərbaycanda daha bir azadlıqdan məhrum edilən məhbus ölüb
Xeber44.com-un Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verib.

Binəqədi rayonu ərazisində yerləşən müəssisədə cəzaçəkən, 2004-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 13 il müddətinə azadlıqdan məhrum edilən 1955-ci il təvəllüdlü Hüseynov Novruz Məmməd oğlu qəfil ölüb. O, müəssisənin 2 saylı yataqxanasının dəhlizində qəfil yıxılıb və yerindəcə keçinib.

Qeyd edək ki, dünyasını dəyişmiş məhbus Naxçıvan MR, Şərur rayonunun Yayıcı kəndində anadan olubmuş.

Faktla əlaqədar araşdırmalar aparılır.
Source : Xeber44
Comment