QR CodeQR Code

İsrail əsgəri Colan Yüksəkliklərində həlak olub

Islamtimes , 22 May 2013 18:22

Islamtimes - İsrail müdafiə qüvvələrinin əsgəri Colan Yüksəkliklərinin cənubunda mina təmizləmə əməliyyatında iştirak edərkən həlak olub.


islamtimes.org/az/ - 19 yaşlı Roey Yisrail Alfi adlı əsgər mühəndis korpusunun əsgəri olub. O Moşav Yonatan ərazisi yaxınlığında təlim məşqlərində iştirak edərkən minalardan bir partlayıb.

Yüksək rütbəli ordu zabitinin verdiyi məlumatda bildirilir ki, mina naməlum səbəblərdən partlayıb.

Yerüstü qoşun qüvvələrinin komandiri general mayor Guy Tzur hadisəni araşdırmaq üçün xüsus komisiya təşkil edib.

İşğal edilmiş Colan Yüksəklikləri cənubdan Yərmuk çayı, qərbdən Cəlili dənizi və Hula vadisi, şimaldan Hermon dağı və şərqdən isə Rəqqad vadisi ilə əhatə olunub.

İsrail ərazinin qərb hissəsinin üçdə ikisini işğal edib. Digər ərazilərə isə Suriya nəzarət edir.

Bu yaxınlarda Tel Əviv Suriya ordu qüvvələri ilə xaricdən dəstək alan üsyançılar arasında döyüşlərin qızğın getdiyi bir vaxtda ərazidə hərbi əməliyyatlar həyata keçirib.

İsrail ordusu qonşu Suriyada hökumətə qarşı döyüşən və yaralanan üsyançılara tibbi yardım göstərmək məqsədi ilə Colan Yüksəkliklərində hərbi hospital inşa edib.


Story Code: 266528

News Link :
https://www.islamtimes.org/az/news/266528/israil-əsgəri-colan-yüksəkliklərində-həlak-olub

Islam Times
  https://www.islamtimes.org