0
Friday 24 May 2013 - 02:20

Səudiyyənin kral ailəsi pulları əsasən narkotik maddələrə və eyş-işrət məclislərinə sərf edirlər

Story Code : 266950
Səudiyyənin kral ailəsi pulları əsasən narkotik maddələrə və eyş-işrət məclislərinə sərf edirlər
Səudiyyənin kral ailəsi pulları əsasən narkotik maddələrə və eyş-işrət məclislərinə sərf edirlər
Islam times.org/az/ - Əli əl Maliki televiziya kanalına müsahibəsində deyib ki, toxunulmazlıq hüququ alan bütün bu şəxslər vaxtlarının əksəriyyətini cinsi ləzzətlərə, eyş-işrət məclislərinə və günah dolu əyləncəli gecələrədə keçirirlər və günü əkəsər vaxtlarını da sərxoş vəziyyətdə olurlar.

O əlavə edərək deyib ki, o bu haqda məlumatları əvvəllər bu vaxtlarını bu cür insanlarla bir yerdə əyləncələrdə keçirən, ancaq indi isə tövbə edən bir sıra gənclərdən eşidib.

Maliki həmçinin Səudiyyə Ərəbistanına narkotik maddələrin kütləvi axınına toxunmuş və demişdir ki, əksər hökumət üzvləri ölkədə narkotik maddələrin qaçaqmalçılığı ilə məşğuldurlar.

Dünyanın ən böyük neft ixracatçılarından biri olan Səudiyyə Ərəbistanı xalqına qarşı zorakılıq və qəddarlıq tətbiq edərək xalqın haqq və hüqqularını kobud şəkildə pozur.

Ölkənin neft ilə zəngin olmasına baxmayaraq krallıqda kök salan korrupsiya səbəbindən ölkə yoxsulluq və işsizlik problemləri içərisində boğulur.

Vaşinqton Post qəzetinin 2012-ci ilin dekabr ayında dərc etdiyi məlumatda deyilir ki, Səudiyyə Ərəbistanında mövcud olan hakim özbaşınalığı və korrupsiya səbəbindən ölkədə həyat şəraitinin yaxşılaşdırılması və yeni iş yerlərinin açılması üçün aparılan tədbirlər heç bir nəticə verməmişdir.

Məlumatda daha sonra deyilir ki, korrupsiya səbəbindən Səudiyyə Ərəbistanında yoxsulluq və aclıq artmağa davam edir. Səudiyyə və ABŞ analitiklərinin bildirdiyinə görə neftdən gələn gəlirlər demək olar ki, hamısı hakim ailənin cibində cəmləşir.
Source : Islamtimes
Comment