0
Friday 24 May 2013 - 13:11

Məhbuslarla görüş qaydası: vəkillər gileylənir

Story Code : 267037
Məhbuslarla görüş qaydası: vəkillər gileylənir
Məhbuslarla görüş qaydası: vəkillər gileylənir
Islam times.org/az/ - Anar Qasımlı cəzaçəkmə müəssisələrində vəkillərin müdafiə etdikləri şəxslərlə görüşməsi üçün Penitensiar Xidmətdən məktub tələb olunduğunu deyib: “Bu məktubu almaq üçün vəkil öz orderinin surətini həmin idarəyə göndərib veriləcək cavabı gözləməlidir. Bu, bir həftəyə, bəzən on günədək çəkir. Halbuki qanunda belə şey yoxdur”.

Vəkil Cavad Cavadlı da onlardan belə məktub tələb edilməsini qanunazidd hesab edir: “Cinayət Prosessual Məcəlləsinin 92-ci maddəsinə görə, vəkil öz orderini və şəxsiyyət vəsiqəsini müdafiə etdiyi şəxsin saxlandığı müəssisəyə təqdim etməklə onunla görüşə bilər. İndiki halda isə bu proses xeyli vaxt aparır. Məsələn, ruhani Abgül Süleymanovla görüşmək üçün 8-9 gün gözləməli oldum. Bunlar süni maneələrdir. Vəkil həbs olunmuş və ya saxlanılmış şəxslə təcili görüşməlidir. Elə istintaq altında olan şəxslərlə də görüşə süni maneələr yaradılır. Nəticədə əgər ona fiziki təzyiq edilibsə, izləri itir və ya zorla ifadə alınır”.

Vəkil Yavər Hüseyn isə hesab edir ki, Penitensiar Xidmətdən məktub almaq üçün sərf olunan zaman kəsiyində hüquqi yardımın keyfiyyəti aşağı düşür: “Dərhal yardım göstərməli olduğumuz şəxslər qanunsuz olaraq bu müdafiədən məhrum edilir. Son bir neçə ildə bir qayda olaraq bütün cəzaçəkmə müəssisələrində Penitensiar Xidmətin məktubu tələb olunur. Vəkillərdən bu məktubun tələb olunması heç bir sənəddə, normativ hüquqi aktda əks olunmayıb. Sadəcə, ümumi idarəçilik prinsipindən yanaşılır, icazə verilmir. Necə deyərlər, kefləri belə istəyir”.

Vəkil bildirib ki, bu tələb yalnız cəzaçəkmə müəssisələrinə şamil olunur: “İstintaq altında olan şəxslərlə görüşmək üçün biz orderimizi həmin orqana təqdim etməklə məktub alırıq. Amma çox zaman orada da müəyyən məhdudiyyətlər qoyulur, “müstəntiq ezamiyyətdədir, yerində yoxdur, məktuba möhür vurdura bilmirəm” kimi bəhanələr gətirilir, maneə yaradılır. Bu minvalla vəkillə müdafiə etdiyi şəxsin görüşü yubanır”.
Source : Mediaforum
Comment