0
Friday 24 May 2013 - 14:33

İsrail ordu komandiri: İsrail Suriyaya qarşı müharibəyə hazırlaşır

Story Code : 267094
İsrail ordu komandiri: İsrail Suriyaya qarşı müharibəyə hazırlaşır
İsrail ordu komandiri: İsrail Suriyaya qarşı müharibəyə hazırlaşır
Islam times.org/az/ - Çərşənbə günü israilli general mayor Amir Eşel deyib ki, əgər Dəməşq süqut edərsə bu zaman Tel Əviv Suriyaya qarşı dərhal müharibəyə başlayacaq.

O həmçinin deyib ki, İsrail rejimi hətta Əsəddən sonrakı Suriya ilə uzunsürən müharibəyə hazırlaşır.

İsrailin bu təhdidləri Qərbin Suriyaya qarşı hərbi müdaxilə planının bir hissəsidir.

Tel Əviv rejimi artıq Suriyaya üç hava zərbəsi endirib.
5 May tarixində rəsmi Suriya deyib ki, əl Qaidəyə bağlı əl Nusra terror cəbhəsi Suriya ordusu tərəfindən ağır itgilərə məruz qaldıqdan sonra İsrail rejimi Dəməşq yaxınlığında yerləşən tədqiqat mərkəzinə hava hücumu həyata keçirib.

Suriya mediasının verdiyi məlumatda deyilir ki, hava zərbələri Camraya Tədqiqat Mərkəzinə endirilib.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla münaqişə nəticəsində xeyli dinc insan həlak olub.

Qərb dövlətləri və İsrail rejimi, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər də daxil olmaqla regional müttəfiqlər Suriyada hökumətə qarşı döyüşən üsyançıları hər növ yardım ilə dəstəkləyirlər.

Rəsmi Dəməşq ölkədə mövcud olan münaqişənin xaricdən qızışdırılıdığını demiş və bildirmişdir ki, hökumətə qarşı döyüşənlərin əksəriyyəti xarici vətəndaşlardan ibarətdir.
Source : Islamtimes
Comment