0
Friday 24 May 2013 - 14:39

Səudiyyə Ərəbistanı şiə ruhanini cəsusluqda ittiham edib

Story Code : 267095
Səudiyyə Ərəbistanı şiə ruhanini cəsusluqda ittiham edib
Səudiyyə Ərəbistanı şiə ruhanini cəsusluqda ittiham edib
Islam times.org/az/ - Şeyx Həsən əl Ziyad bu həftənin əvvəllərində ailə üzvlərinin passportlarını dəyişmək üçün passport dəyişmə məntəqəsinə müraciət edərkən heç bir səbəb gətirilmədən həbs edilib.

Ziyadın qeyri qanuni həbsi onun tərəfdarlarının qəzəbinə səbəb olub və onlar deyiblər ki, o heç bir rejim əleyhinə fəaliyyətlərdə iştirak etməyib və o vaxtını yalnız elmə sərf edib.

Səudiyyə təhlükəsizlik qüvvələri tez-tez Səudiyyə Ərəbistanından İrana gedib-gələn ruhaniləri həbs edirlər və onları Tehrana cəsusluqda ittiham edirlər.

2012-ci il 8 iyul tarixində Səudiyyə təhlükəsizlik qüvvələri görkəmli şiə ruhanisi Şeyx əl Nimrə evinə gedərkən hücum etmiş, onu yaralamış və həbs etmişdilər.

Bu həbs neft ilə zəngin olan ölkədə kütləvi etirazlara səbəb olmuşdur. Ruhani həbs olunduqdan sonra ilk dəfə olaraq 26 mart tarixində məhkəməyə çıxarılmışdır.

Onun ailə üzvləri deyiblər ki, o həbsxanada ciddi işgəncələrə məruz qalmış və həbsxana rəsmilər ona tibbi yardım göstərməkdən imtina etmişdilər.
Səudiyyəli hakimlər Şeyx Nimrə ölüm hökmü tələb edirlər.

2011-ci ilin fevral ayından etibarən nümayişçilər əsasən Səudiyyə Ərəbistanın Şərq Əyalətinin Qətif rayonunda və Avamiyyə şəhərində siyasi məhbusların azad edilməsi, söz və sərbəst toplaşmaq azadlığı və s. tələblər irəli sürərək öz etirazlarını bildiriblər.

Ancaq 2011-ci ilin noyabr ayında Ali Səud rejiminin nümayişçilərə qarşı işgəncələr tətbiq etməsindən və beş nəfəri qətlə yetirməsindən sonra nümayişlər Ali Xəlifə rejiminə qarşı etiraz nümayişlərinə çevrildi.
Source : Islamtimes
Comment