QR CodeQR Code

Kabildə atışma gedir, 4 nəfər həlak olub

25 May 2013 09:00

IslamTimes - Əfqanıstanın paytaxtı Kabilin Şəhre-Nau rayonunda və şəhər ətrafında polislərlə yaraqlılar arasında atışma gedir.


Atışma zonası polislər  tərəfindən mühasirəyə alınıb. Atışma nəticəsində iki polis qətlə yetirilib, həmçinin 2 silahlı da məhv edilib.  Dünən Kabildə iki partlayış baş verib. Partlayışlardan biri Milli təhlükəsizlik üzrə Baş idarənin, digər isə Beynəlxalq Miqrasiya təşkilatının (BMiT) binaları qarşısında törədilib. Partlayış nəticəsində BMiT əməkdaşları olan bir neçə nəfər yaralanıb. Daha sonra silahlılar BMiT binasını ələ keçiriblər. Hazırkı atışma həmin partlayışların davamıdır.   /apa/


Story Code: 267236

News Link :
https://www.islamtimes.org/az/news/267236/kabildə-atışma-gedir-4-nəfər-həlak-olub

Islam Times
  https://www.islamtimes.org