QR CodeQR Code

“Heç kəsdə Suriyada kimyavi silahlardan istifadə edilməsinə dair rəsmi sübut yoxdur”

25 May 2013 17:08

IslamTimes - Rusiya prezidenti Vladimir Putinin məktubunu Obamaya çatdırmaq üçün Vaşinqtona gedən Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, indiyə qədər heç bir ölkə Suriyada kimyavi silahlardan istifadə edilməsinə dair rəsmi sübut təqdim etməyib.


Müraciətdə deyilir: "ABŞ və bəzi digər ölkələr də Suriyada kimyavi silahlardan istifadə edilməsinə dair narahatlıqlarını ifadə ediblər. Bizim əlimizdə və eləcə də heç bir ölkənin əlində Suriyada hakimiyyət qüvvələri tərəfindən kimyavi silahlardan istifadə edilməsinə dair sübutlar yoxdur. Biz dəfələrlə xəbərdarlıq etmişik ki, Suriyada kimyavi silahlardan istifadə edilməsi yolverilməzdir."  /Deyerler/


Story Code: 267403

News Link :
https://www.islamtimes.org/az/news/267403/heç-kəsdə-suriyada-kimyavi-silahlardan-istifadə-edilməsinə-dair-rəsmi-sübut-yoxdur

Islam Times
  https://www.islamtimes.org