0
Saturday 25 May 2013 - 23:46

Netanyahu: Sanksiyaların İran nüvə proqramına heç bir təsiri yoxdur

Story Code : 267490
Netanyahu:  Sanksiyaların İran nüvə proqramına heç bir təsiri yoxdur
Netanyahu: Sanksiyaların İran nüvə proqramına heç bir təsiri yoxdur
Islam times.org/az/ - Cümə axşamı günü Qüdsdə Britaniya xarici işlər naziri Villiam Hague ilə görüşməzdən əvvəl Netanyahu deyib ki, artıq aydın məsələdir ki, iqtisadi və siyasi təziqlərin İran nüvə enerji proqramına heç bir təsiri yoxdur.

ABŞ, İsrail rejimi və onların bəzi müttəfiqləri dəfələrlə İranı nüvə enerji proqamından qeyri dinc məqsədlər üçün istifadə etməkdə ittiham ediblər və hətta Tel Əviv Tehranı hərbi hücum ilə də təhdid edib.

Bütün bu ittihamları bəhanə gətirən Vaşinqton və Avropa Birliyi İslam Respublikasına qarşı bir sıra qeyri qanuni sanksiyalar tətbiq ediblər.

Çərşənbə günü ABŞ-ın xarici əlaqələr üzrə palata komitəsi İrana qarşı qeyri-qanuni sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan yeni qanun qəbul edib.

Tehran ölkəsinin nüvə enerji proqramına qarşı irəli sürülmüş bütün ittihamları rədd etmiş və bildirmişdir ki, Nüvə Silahı Yayılmama Razılığını imzalayan və Atom Enerjisi üzrə Beynəlxalq təşkilatın üzvü olan bir dövlət kimi nüvə nerji proqramından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı var.

Buna əlavə olaraq Atom agentliyi dəfələrlə İranın nüvə obyektlərində müxtəlif təftişlər aparmış, ancaq İranın nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməsini sübut edən heç bir dəlil və sübut aşkar etməmişdir.
Source : Islamtimes
Comment