QR CodeQR Code

Suriya ordusu Livan sərhədi yaxınlığında üsyançıların bazasını məhv edib

26 May 2013 07:49

IslamTimes - Suriya ordusu Livan sərhədi yaxınlığında yerləşən Əl Kuseyr şəhərindəki Debaa aerodromunda üsyançıların bazasını ləğv edib.


APA-nın “Vesti.ru”ya istinadən verdiyi xəbərə görə, bundan əlavə, üsyançıların  Xamidiyyə və Arcun şəhərləri yaxınlığında yerləşən  yüksəkliklərdəki plasdarmları ələ keçirilib. Həmçinin Homsdan Livanın Bəlbek şəhərinə gedən yol Suriya ordusunun nəzarəti altına keçib.   
 
“BBC”nin verdiyi xəbərə görə, Əl Kuseyr uğrunda şiddətli döyüşlər artıq bir həftədir ki davam edir. Suriya dövlət KİV-ləri üsyançılar arasında böyük itkilər barədə məlumat verir. 


Story Code: 267524

News Link :
https://www.islamtimes.org/az/news/267524/suriya-ordusu-livan-sərhədi-yaxınlığında-üsyançıların-bazasını-məhv-edib

Islam Times
  https://www.islamtimes.org