QR CodeQR Code

Hindistanda Milli Konqresə hücüm: 17 ölü

26 May 2013 10:20

IslamTimes - Hindistanın Çxattisqarx ştatında silahlı maoçuların Hindistan Mili Konqresin (HMK) yerli bölməsinin liderlərinə hücum edib


Qanlı insident siyasətçilər Bastar şəhərində təşkil olunmuş mitinqdən qayıdarkən baş verib. Həlak olanlar arasında HMK-nın Çxattisqarx bölməsinin prezidenti Maxendra Karma da var. Yerli bölmənin sədri Nand Kumar Patel oğlu ilə birlikdə girov götürülüb. İndira Qandi hökumətində (1960-cı illər) bir çox nazir postunda çalışmış Vidya Çaran Şukla və bir neçə polis əməkdaşı daxil olmaqla 20-dək insan yaralanıb.
 
HMK sədri Sonya Qandi və Hindistanın baş naziri Manmoxan Sinqx hücumu kəskin şəkildə pisləyərək onu “demokratik dəyərlərə həmlə” adlandırıb. Çxattisqarx polisi hücum edən şəxsləri müəyyən olunub saxlanılması istiqamətində xüsusi əməliyyat həyata keçirməyə başlayıb. /haqqyolu/


Story Code: 267564

News Link :
https://www.islamtimes.org/az/news/267564/hindistanda-milli-konqresə-hücüm-17-ölü

Islam Times
  https://www.islamtimes.org