0
Thursday 27 May 2010 - 08:30
parlament seçkiləri qeyri-qanunidir:

Haqq Yolu EMİ Qarabağda “seçkiləri” pisləyir

Story Code : 26764
Haqq Yolu EMİ Qarabağda “seçkiləri” pisləyir
HaqqYolu Elm və Mədəniyyət İnstitutu mayın 23-də Dağlıq Qarabağda keçirilmiş “parlament seçkiləri”ni pisləyir və Azərbaycan Dövlətini, eləcə də beynəlxalq təşkilatları separatçı rejimin bu qeyri-qanuni addımına qarşı müvafiq tədbirlər görməyə çağırır.
Bir daha bildiririk ki, Dağlıq Qarabağ torpaqları Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və nə zamansa geri qaytarılacaq.
Haqq Yolu EMİ beynəlxalq qurumları və dünya birliyini regional münaqişələrə münasibətdə ikili mövqeyinə görə ittiham edir və ədalətin bərqərar olmasını istəyir.
Haqq Yolu EMİ eyni zamanda Bakıda və respublikanın başqa şəhərlərində torpaqlarının 20 faizi işğal olmuş Vətənin ağrılarına hörmət qoyulmasını, gözəllik müsabiqələri kimi iyrənc tədbirlərin keçirilməsini pisləyir.
Haqq Yolu Elm və Mədəniyyət İnstitutu

parlament seçkiləri qeyri-qanunidir
Source : haqyolu
Comment