QR CodeQR Code

“İngilis hərbçini qətlə yetirən xristian ailəsindən idi”

27 May 2013 08:06

IslamTimes - "Qatil uzun müddətdir narkotik maddələrdən istifadə edirdi və bir xristian ailəsi üzvü idi."


“IslamTimes” Türkiyə KİV-nə istinadən xəbər verir ki, son günlər ingilis hərbçisinin qətlə yetirilməsi ilə əlaqədar Britaniya ərazisində bir sıra qarşıdurmalar yaşanıb. Din düşmənləri bu olaydan istifadə edərək müsəlmanları hədəfə alır, şəhər mərkəzində hicablı xanımların baş örtüyünü çəkməyə çalışırlar. Həmçinin bəzi qruplar bir neçə məscidə hücum etməyə də cəhd edib. İngiltərə polisi məscidləri qorumaq üçün məscid ətrafına polis qüvvələri yerləşdirib. 
 
Xatırladaq ki, hərbiçinin qatilinin müsəlman olduğu iddia edilərək digər müsəlmanlar hədəfə alınır. Amma onun yaxınları müsahibə verərək bildirib ki, qatil uzun müddətdir narkotik maddələrdən istifadə edirdi və bir xristian ailəsi üzvü idi. Onun müsəlman olduğunu iddia edənlər isə bu ölkədə müsəlmanların əmniyyətini hədəfə almaq niyyətindədir.
 


Story Code: 267800

News Link :
https://www.islamtimes.org/az/news/267800/ingilis-hərbçini-qətlə-yetirən-xristian-ailəsindən-idi

Islam Times
  https://www.islamtimes.org