0
Tuesday 28 May 2013 - 14:33

Nigeriyalı tədqiqatçı: İran İsalm İnqilabının rəhbəri həqiqətdə bütün islam dünyasının rəhbəridir

Story Code : 268300
Nigeriyalı tədqiqatçı: İran İsalm İnqilabının rəhbəri həqiqətdə bütün islam dünyasının rəhbəridir
Nigeriyalı tədqiqatçı: İran İsalm İnqilabının rəhbəri həqiqətdə bütün islam dünyasının rəhbəridir
Islam times.org/az/ - “Saxta sənədlər” mövzusuna həsr edilmiş konfrans zamanı jurnalistlərə müsahibə verən Həsən Bala Suleyman İslamda olan qondarma və saxta məzhəb və sektalarının ifşa edilməsinin əhəmiyyətinə toxunmuş və demişdir ki, İslam adına anti-İslam və anti-humanist hərəkətlər edən sekta və təriqətlərin çoxalması bu qondarma və saxta təriqət və sektaların həqiqətini insalara anlatmağın mühümlüyünü göstərir.

O deyib: “Bu cür proqramların dünyanın əsas dilləri olan ərəb və ingilis dillərində təşkil edilməsi bunun effektliyini artıracaq və dünyanın bir sıra ölkələrində sələfizim tələsinə düşən insanları ayıltmaqda xüsusi rol oynayacaq.”

İran gənclərinin yüksək elm və siyasi agahlıqlarına toxunan Həsən Bala Suleyman deyib: “Gənc nəsil elm və biliyə yüksək səviyyədə yiyələnir və biz bu elm və bilikdən istifadə edərək həqiqi İslamı bütün dünyaya bəyan etməliyik.”

O daha sonra İran İslam İnqilabının Rəhbərinin dünyada mövcud olan roluna toxunmuş və demişdir: “Müsəlman dünyasının, xüsusi ilə də ən böyük Afrika ölkəsi olan nigeriyalı müsəlmanların və hətta xristianların belə İslam İnqilabının Rəhbərinə qarşı olan sevgi və səmimiyyətləri danılmazdır. ”

Nigeriyalı Quran və hədis tədqiqatçısı həmçinin deyib: “İran İslam İnqilabı Rəhbərinin bugünkü dünya problem və çətinlikləri barədə ortaya qoyduğu elmi və praktiki göstərişlər onun müsəlman düyansında aparıcı rolundan xəbər verir.”
Source : Islamtimes
Comment