0
Wednesday 29 May 2013 - 00:32

Mülki geyimli şəxslər Mustafa Hacıbəylini tutub

Story Code : 268480
Mülki geyimli şəxslər Mustafa Hacıbəylini tutub
Mülki geyimli şəxslər Mustafa Hacıbəylini tutub
Mayın 28-də Bakının Novxanı kəndində bayram mitinqinə qatılan Müsavat Məclisinin üzvü Mustafa Hacıbəylini mülki geyimli şəxslər saxlayıb. “Media forum” saytının məlumatına görə, onu Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə keçirilən mitinqdən sonra “Niva” markalı maşına oturdaraq aparıblar.

Mustafa Hacıbəylinin mobil telefonuna zəng çatmır. Onun hara aparıldığı bəlli deyil.
Source : Mediaforum
Comment