0
Wednesday 29 May 2013 - 10:13

Rusiya gözlənilmədən hərbi təlimlərə start verib

Story Code : 268556
Rusiya gözlənilmədən hərbi təlimlərə start verib
Putinin Qara dənizə ordu yeritməsindən sonra, Müdafiə Nazirliyi bu dəfə daha geniş miqyaslı təlimlərə start verib. Nazir Sergey Şoyqunun göstərişi ilə 9 minə yaxın hərbçi 185 döyüş təyyarəsi və 250-dən çox zirehli texnika ilə hərbi təlimlərə başlayıb. Ancaq Rusiyanın sürprizi bununla da yekunlaşmayıb.
 
Rəsmi Kreml bu dəfə də S-300 raketdən müdafiə sistemlərini atəş mövqeyinə cəlb edib. Həştərxanda əsgərləri həyəcan siqnalı ilə ayağa qaldıran Müdafiə Nazirliyi uzaq mənzilli raket sistemlərini, eləcə də Pantsir-S1 hava hücumundan müdafiə qurğusunu hərəkətə kətirib.
 
Rusiyanın son vaxtlar hərbi təlimləri məhz Şimali Qafqazda gerçəkləşdirməsi də diqqət çəkir. Ekspertlər bunu Suriya böhranı ilə bağlı qərb ittifaqı və ABŞ-a bir növ xəbərdarlıq əlaməti kimi izah edirlər. /haqqyolu/
Comment