QR CodeQR Code

TÜRKİYƏDƏN SARKİSYANA SƏRT CAVAB

AzərTAc , 28 May 2010 13:10

Sarkisyanın Brüsseldə Türkiyə və Azərbaycan əleyhinə bəyanatlarına sərt cavab verildi.


Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Burak Özügərgin Ermənistan prezidenti Serj Sarkisyanın Brüsseldə Türkiyə və Azərbaycana qarşı bəyanatlarına sərt cavab verib. 

Burak Özügərgin bildiri ki, Sarkisyanın aqressiv bəyanatları sülh dili ilə danışan ölkələrimizin istədiyi atmosferə uyğun gəlmir. O, Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsini nizama salmaq üzrə vasitəçi olan ATƏT-in Minsk qrupunun yarandığı gündən üzvü olduğunu xatırladaraq deyib ki, Ankara Yerevanla normallaşmanın əvəzində Dağlıq Qarabağ məsələsində güzəştə getməyib. 

Türkiyə XİN-in mətbuat katibi Serj Sarkisyanın bəyanatlarının daxili siyasətin bir aləti olduğuna diqqəti çəkərək, bunun nə Ermənistana, nə də normallaşma prosesinə faydası olmadığını söyləyib.


Story Code: 26883

News Link :
https://www.islamtimes.org/az/news/26883/türkiyədən-sarkisyana-sərt-cavab

Islam Times
  https://www.islamtimes.org