QR CodeQR Code

İraq təhlükəsizlik qüvvələri əl Qaidə komandirini həbs ediblər

Islamtimes , 30 May 2013 23:51

İslamtimes - İraqın Əl ənbar əyalətinin polis nümayəndəsinin verdiyi məlumata görə çərşənbə günü əyalət ərazisində sayca ikinci əl Qaidə lideri ələ keçirilib.


islamtimes.org/az/ - İraq müdafiə nazirliyi rəsmisi çərşənbə günü rəsmi açıqlama verərək Ənbar əyalətində əl Qaidənin İraq şöbəsi olan “İraq İslam Dövləti” terror qrupunun rəhbərini ələ keçirdiklərini təsdiq edib.

Şəfəq xəbər agentliyinə müsahibə verən polis rəsmisi ƏAdnan əl Avesi deyib: “Daxili kəşfiyyatın polis qüvvələri bu günorta əməliyyat həyata keçirərək əl Qaidə qruplaşmasının İraq rəhbərlərindən olan və Ənbar Valisi adlanan terroristi həbs ediblər.”

Məlumatlı mənbə daha sonra əlavə edərək deyib ki, polis terrorist liderini sorğu-saul etmək üçün təhlükəsizlik mərkəzinə aparıb.

İraq təhlükəsizlik qüvvələri Ənbar əyalətində geniş miqyaslı əməliyyat tədbiri həyata keçirib və “Ruh Əməliyyatı” adlanan bu əməliyyatdan əsas məqsəd əl Qaidəyə bağlı olan casus və terroristlərin aşkar edilərək həbs edilməsi olub.

İraq ordu komandiri deyib ki, əl Qaidə terror düşərgələrinin əksəriyyəti İraqın Ənbar əyalətinin qeyri məskunlaşma ərazisi olan səhralarda salınıb.

İraq təhlükəsizlik rəsmiləri düşmənlərin yenidən İraqı məzhəbi münaqişələrə çəkmək istədikləri haqqında xəbərdar etmiş və bildirmişdir ki, artıq düşmən şiələr və sünnilərin toplum yaşadığı ərazilərdə müəyyən terror hadisələri həyata keçiriblər.


Story Code: 269207

News Link :
https://www.islamtimes.org/az/news/269207/iraq-təhlükəsizlik-qüvvələri-əl-qaidə-komandirini-həbs-ediblər

Islam Times
  https://www.islamtimes.org