QR CodeQR Code

Rusiya: Hizbullah müqəddəs ziyarətgahları müdafiə etmək məqsədi ilə Suriyaya girib

Islamtimes , 31 May 2013 01:37

İslamtimes - Rusiya xarici işlər naziri Serqey Lavrov Şimali Afrika və Avropadan Suriyaya xarici döyüşçü axınına qarşı xəbərdarlıq edib.


islamtimes.org/az/ - O əlavə edərək deyib: “Münaqişə başlayandan etibarən biz münaqişənin beynəlmiləlləşdirilməsinə qarşı xəbərdarlıq etmişik və son zamanlar Liviya, Şimali Afrika, Yaxın Şərq, Avropa və digər bölgələrdən gələn xarici muzdurların sayı xeyli artıb.”

Hizbullah döyüşçülərinin Suriyada olması haqqında məlumata aydınlıq gətirən Lavrov deyib ki, Hizbullahın orada olmasına səbəb müqəddəs Şiə ziyarətgahlarını qorumaqdır və Hizbullah bu faktı gizlətmir.

Lavrov Hizbullah baş katibi Seyyid Həsən Nəsrullahın döyüşçülərin Suriyada olamsının səbəbləri haqqında ictimaiyyətə dediklərini xatırlatmış və demişdir ki, buna səbəb şiələri, ələviləri və müqəddəs şiə ziyarətgahlarını üsyançıların hücumlarından və dağıdılmaq təhlükəsindən qorumaqdır.

Rusiya xarici işlər naziri həmçinin deyib ki, beynəlxalq qanunlara əsasən qeyri hökumət qrupularının silah-sursat ilə təmin edilməsi qeyri qanuni olduğuna baxmayaraq üsyançılara göndərilən silah-sursat xeyli sayda artıb. Lavrov həmçinin deyib ki, Avropa Birliyinin üsyançılara qarşı tətbiq etdiyi silah embarqosunun vaxtının uzadılmaması Cenevrə Konfransının təşkili yolunda böyük maneədir.

Lavrov daha sonra Suriyada mövcud olan münaqişəyə son qoymağın yeganə yolu kimi beynəlxalq konfransın təşkili edilməsində gördüyünü bildirib. O əlavə edərək deyib ki, Suriyadakı münaqişə artıq məzhəbi xarakter daşıyır və bu da bütün İslam dünyasının birliyinə və Suriyada mövcud olan qeyri İslami cəmiyyətə öz mənfi təsirini qoyacaq.

Lavrov ikili standart və birtərəfli yanaşma olmadan Suriyadakı münaqişəni həll etmək üçün beynəlxalq konfransının təşkilinin vacibliyini vurğulayıb və deyib ki, Suriya münaqişəsindən narahat olan hər bir dövlət, İran da daxil olmaqla bu konfransda iştirak etməlidir.


Story Code: 269231

News Link :
https://www.islamtimes.org/az/news/269231/rusiya-hizbullah-müqəddəs-ziyarətgahları-müdafiə-etmək-məqsədi-ilə-suriyaya-girib

Islam Times
  https://www.islamtimes.org