QR CodeQR Code

Rusiya S-300-dən sonra Suriyaya hərbi təyyarələr də satacaq

1 Jun 2013 14:52

IslammTimes - Rusiyada hərbi təyyarələrin və helikopterlərin istehsalı ilə məşğul olan MİG şirkətinin baş direktoru Sergey Korotkov bildirib ki, MİG-29 M/M2 hərbi təyyarələrini almaq üçün Dəməşqdən bir nümayəndə heyəti Moskvaya gəlib.


Sergey Korotkov Suriyanın Rusiyadan 10-dan çox hərbi təyyarə alacağını bildirib. O, satılacaq təyyarələrin dəqiq sayını açıqlamayıb.  Rusiya bundan öncə də Suriya ilə silah satışı ilə əlaqədar yeni müqavilənin imzalanacağını bildirmişdi. MİG təyyarələrinin isə Rusiya ilə öncədən imzalanmış razılaşma əsasında satılacağı bildirilir.  Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd artıq Rusiyadan S-300 zenit-raket komplekslərinin bu ölkəyə gəldiyini bildirib. /deyerler/


Story Code: 269680

News Link :
https://www.islamtimes.org/az/news/269680/rusiya-s-300-dən-sonra-suriyaya-hərbi-təyyarələr-də-satacaq

Islam Times
  https://www.islamtimes.org