0
Saturday 1 June 2013 - 23:36

ABŞ və Almaniya: Rusiya raketləri İsrail üçün böyük təhlükə yaradır

Story Code : 269814
ABŞ və Almaniya: Rusiya raketləri İsrail üçün böyük təhlükə yaradır
ABŞ və Almaniya: Rusiya raketləri İsrail üçün böyük təhlükə yaradır
Islam times.org/az/ - Cümə günü Kerri Vaşinqtonda Alman tərəf müqabili ilə birgə təşkil etdiyi mətbuat konfransında deyib: “Bizim sülh konfransı təşkil edərək regionda sülhü bərqərar etməyə çalışdığımız ərəfədə S-300 raketlərinin Suriyaya verilməsi heç əlverişli və məqsədəuyğun deyil.”

O deyib: “Biz yenidən onlardan tələb edirik ki, regionda İsrail üçün təhlükə yaratmasınlar. Əsəd göndərilən silah-sursat regionun maraq və stabilliyini pozmuş olur və İsraili böyük təhlükədə qoymuş olur.”

Vestervel də həmçinin deyib ki, Rusiya raketləri Cenevrə danışıqlarını kölgə altənda qoyacaq və İsrailin təhlükəsizliyi üçün ciddi problemlər yaradacaq.

Hər iki diplomat Suriyada münaqişəyə son qoymaq üçün iyun ayının ortalarında ABŞ və Rusiyanın birgə iş fəaliyyəti nəticəsində Cenevrədə təşkil ediləcək sülh konfransına işarə edirlər.

Hələ çərşənbə axşamı Rusiya bəyan edərək bildirmişdir ki, əvvəllər imzalanmış müqaviləyə əsasən o Suriyanı S-300 müdafiə sistemi ilə təchiz edəcək. Rusiya bu elanı Avropa Birliyinin Suriyada hökumətə qarşı döyüşən üsyançılara qarşı tətbiq etdiyi silah embarqosnun ləvğ edilməsindən sonra etdi.

Rusiyaya bu xəbərdarlıqları edən hər iki qərb dövləti İsrail rejimini yüksək inkişaf etmiş hərbi texnalogiya ilə təchiz edirlər. Aprel ayında İsrail Almaniyadan nüvə başlıqlarına sahib olan raketlər atmaq qabiliyyətində olan beşinci Delfin-klas su altı qayıqları alıb.

İlk iki su altı qayıqlar pulsuz olaraq verilib, üçüncüsü isə 50% güzətlə verilib.
Berlin bir neçə il ərzində İsrailə digər su altı qayıqlar da verəcək və İsrail 600 milyon yevro dəyəri olan bu alqıya yalnız 135 milyon yevro ödcəyək.
Source : Islamtimes
Comment