0
Monday 3 June 2013 - 08:07

“Rejim başını itirib”

Story Code : 270114
“Rejim başını itirib”
Vicdan məhbusu, ilahiyyatçı Tale Bağırzadədən “Azadlıq” qəzetinə növbəti müraciət daxil olub. Müraciətdə deyilir:

“Azərbaycanda mövcud olan totalitar rejimin sütunlarının silkələnməsi son günlər sürətlənib. Buna səbəb hakimiyyəti ifşa edən çıxışlar olub. Bu çıxışlara həmişəki kimi mafiya üslubunda reaksiyalar verilib. Mayın 28-də mənim təcridxanada vurulmağım və ölümlə hədələnməyim, eyni gündə İsgəndər Həmidovun başına çuval geyindirilərək oğurlanıb ölümlə təhdid edilməsi, bir gün sonra tanınmış vəkil Aslan İsimayılovun “banditizm” idarəsində vurularaq təhqir olunması, türmədə Real hərəkatının rəhbəri İlqar Məmmədovun karsa salınması bu rejimin başını itirməsindən xəbər verir. Bunlar başa düşməlidirlər ki, xalqın azadlığı uğrunda mübariz insanlar bu yolda ölümü göz önünə çoxdan almışlar. ALLAH bizimlədir və qorxumuz yoxdur! AZADLIQ GÜNÜ UZAQDA DEYİL, ÇOX YAXINDADIR!

Vicdan məhbusu Hacı Tale Bağırzadə, Kürdəxanı həbsxanası, kars”.
Comment