QR CodeQR Code

Hicab məhbuslarına 20 il 5 ay həbs cəzası verildi

Islamazeri , 3 Jun 2013 14:42

İslamtimes - Bu gün Hicab məhbuslarından daha bir qrupuna hökm oxunub .


Bu gün 5 oktyabr 2012-ci il tarixində keçirilən “Hicaba azadlıq” aksiyası zamanı həbs olunan daha bir qrup məhbusa hökm oxunub.

Hakimin verdiyi qərara görə, Ramil Vəliyev 6 il 6 ay, Elşad Rzayev 6 il, Arif Fətəliyev, Vahid Lələkişiyev, Ramil Mehdiyev 2 il, Elçin Məmmədov 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmə cəzası alıb. Hicab məhbuslarının cəza müddəti tutulduqları gündən hesablanacaq və ümumi cəza çəkmə müəsisələrinə saxlanılacaqlar.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilənlərə 2 il 6 aydan 7 il 6 aya qədər həbs istəmişdi.(Islamazeri)


Story Code: 270296

News Link :
https://www.islamtimes.org/az/news/270296/hicab-məhbuslarına-20-il-5-ay-həbs-cəzası-verildi

Islam Times
  https://www.islamtimes.org