QR CodeQR Code

Sorğu: İngilislərin əksəriyyəti Suriya üsyançılarının silahlandırılmasının əleyhinədir

Islamtimes , 4 Jun 2013 09:56

Islamtimes - Yenicə aparılmış sorğu nəticəsində məlum olub ki, Britaniya ictimaiyyətinin əksəriyyəti xaricdən dəstək alan və prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşən üsyançıların silahlandırılmasının əleyhinədirlər.


islamtimes.org/az/ - “Opinium Observer” sorğu təşkilatının həyata keçirdiyi sorğu nəticəsində məlum olub ki, sorğuda iştirak edən respondentlərin 78%-i hesab edir ki, İraq və Əfqanıstandakı müharibələrdə iştirak edən Böyük Britaniya üçün yeni müharibə çox baha başa gələcək.

Sorğu nəticəsində həmçinin məlum olub ki, sadəcə britaniyalıların 24%-i fikirləşir ki, Britaniya Suriya hökumətinə qarşı döyüşən üsyançıları silah-sursat ilə təmin etməlidir.

Bundan başqa sorğu nəticəsində məlum olub ki, cəmiyyətin 72%-i hesab edir ki, bundan sonra Böyük Britaniya dünyanın əsas hərbi gücü kimi qalmaqda davam edə bilməyəcək.

27 May tarixində Britaniya xarici işlər naziri Villiam Hague deyib ki, Brusseldə görüşən Avropa Birliyi xarici işlər nazirləri qərara gəliblər ki, digər sanksiyalar qüvvədə qalmaq şərti ilə Suriyalı üsyançılara qarşı tətbiq edilmiş silah embarqosunu aradan qaldırsınlar.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Münaqişə zamanı xaricdən dəstək alan üsyançılar ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanı qətlə yetiriblər.


Story Code: 270438

News Link :
https://www.islamtimes.org/az/news/270438/sorğu-ingilislərin-əksəriyyəti-suriya-üsyançılarının-silahlandırılmasının-əleyhinədir

Islam Times
  https://www.islamtimes.org