QR CodeQR Code

"Yeni Bakı" çat verib

4 Jun 2013 16:24

IslamTimes - Masazır qəsəbəsində inşa edilən yeni yaşayış binalarında dərin çatlar əmələ gəlib. Bu barədə "Ədalət” qəzeti xəbər yayıb.


"Yeni Bakı” yaşayış massivində binalarda baş verən çatlar sakinlərdə ciddi narahatçılıq doğurub. Sakinlərin dediyinə görə, bir müddətə qədər binlarda heç bir çat görsənməsə də, indi bütün binlarda demək olar ki, çatlar var. Yaşayış massivinin ikinci korpusunda olan çat isə daha da genişlənməkdədir.
 
Məsələ ilə bağlı tikinti şirkəti ilə əlaqə saxladıq. Tikinti şirkətindən bildirdilər ki, çatlarla bağlı məlumatsızdırlar. Amma tikinti işlərini həyata keçirən iş icracısının ərazidə olduğunu deyilib. /anspress/


Story Code: 270510

News Link :
https://www.islamtimes.org/az/news/270510/yeni-bakı-çat-verib

Islam Times
  https://www.islamtimes.org