QR CodeQR Code

ABŞ İrana qarşı qeyri qanuni sanksiyaları artırır

Islamtimes , 5 Jun 2013 00:31

İslamtimes - ABŞ İslam Respublikasını nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edərək İran valyutasına və avto sənayesinə yeni qeyri qanuni sanksiyalar tətbiq edib.


islamtimes.org/az/ - Bazar ertəsi günü ABŞ prezidenti Barak Obama İrana qarşı mövcud sanksiyaları genişləndirmək haqqında yeni qanun qəbul edib.

Ağ Evin mətbuat katibi Cey Karney deyib: “Yeni sanksiyalar əsasən İran valyutası olan riala aiddir. Bu sanksiya rialın xarici banklarda işlədilməsinin qarşısını alacaq.”

Sanksiya həmçinin İran avto sahəsi üçün nəzərdə tutulmuşməhsulların və yaxud xidmətlərin alınması və transferinə qadağa qoyur.

Bu tədbir 22 may tarixində ABŞ xarici əlaqələr palata komitəsi tərəfindən qəbul edilmişdir.

31 May tarixində ABŞ maliyyə departamenti Bou Əli Sina, Mobin, Nuri, Pars, Şəhid, Şazand, Təbriz və İmam da daxil olmaqla İranın səkkiz neft kimya şirkətlərinə sanksiyalar tətbiq edib.

ABŞ tərəfindən tətbiq edilən bu qeyri qanuni sanksiyalar əsasən İranın nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etmək ittihamlarına əsaslanır.

İran isə bütün bu ittihamları rədd etmiş və demişdir ki, Nüvə Silahı Yayılmama Razılığını imzalayan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü olan bir dövlət kimi nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etməyə tam haqqı var.

Buna əlavə olaraq Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İran nüvə obyektlərində bir sıra yoxlamalar aparmış, ancaq İranın nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə eməsi haqqında heç bir sübut aşkar etməmişdir.


Story Code: 270671

News Link :
https://www.islamtimes.org/az/news/270671/abş-irana-qarşı-qeyri-qanuni-sanksiyaları-artırır

Islam Times
  https://www.islamtimes.org