QR CodeQR Code

SABİRABADDA KÜRÜN SƏVİYYƏSİ AZALIB

ANS press , 30 May 2010 22:08

Vəfadar Zeynalov: "Kür çayının Sabirabaddan keçən hissəsində suyun səviyyəsi ötən günlə müqayisədə 19 sm aşağı düşüb"


İslamtimes- in ANS press-ə istinadən əldə etdiyi məlumata əsasən Kür çayı suyunun səviyyəsi Sabirabad rayonu ərazisində ötən günə nisbətən 19 sm azalmışdır.

Qeyd olunmuş məlumatı Sabirabad rayon fövqəladə hallar komissiyasının sədri Vəfadar Zeynalov ANS- verdiyi açıqlamasında bildirmişdir.

Vəfadar Zeynalovun sözünə əsasən hal hazırda kür çayında suyun səviyyəsi 8,62 metrə çatır.

FHK sədri əlavə edərək bildirmişdir: “Ötən günlə müqayisədə Kür çayında 19 sm azalma müşahidə olunur. Hazırda Kür çayında suyun səviyyəsi 8,62 metr təşkil edir. Bir saniyədə çaydan ötürülən suyun həcmi 1775 kubmertdir. Nisbi sakitlik yaranıb. Amma ümumən vəziyyət gərgin olaraq qalır”

V.Zeynalovun sözlərinə görə, Kür çayında enmə əsasən Arazda suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqədardır.


Story Code: 27097

News Link :
https://www.islamtimes.org/az/news/27097/sabirabadda-kürün-səviyyəsi-azalib

Islam Times
  https://www.islamtimes.org