0
Thursday 6 June 2013 - 16:19

Suriya ordusu Qəsir şəhərinə tam nəzarəti ələ aldı

Story Code : 271149
Suriya ordusu Qəsir şəhərinə tam nəzarəti ələ aldı
Suriya dövlət televiziyası Qəsir şəhərinin tamami ilə terroristlərdən təmizləndiyini xəbər verir. Beləliklə strateji əhəmiyyət daşıyan Əl-Qəsir şəhəri tamami ilə Suriya ordusunun nəzarəti altına keçib. Suriya ordusu təqribən 2  həftə şiddətli döyüşlərdən sonra bu müvəffəqiyyətə imza atıb. “Əl-Məyadin” xəbər kanalı da Suriya ordusunun uyğun nailiyyətini təsdiqləyib.  
 
Bundan öncə digər xəbər agentlikləri də terroristlərin Qəsir şəhərindən qaçmağa başladığını yazmışdı. Həmçinin KİV Suriya ordusunun sürətlə irəlilədiyini bildirmişdi. 
 
Əl-Məyadin xəbər kanalı hal-hazırda Qəsir şəhərindən canlı görüntülər yayımlayır ki, bu səhnələrdən Suriya ordusunun nəzarəti tam şəkildə ələ aldığını görmək olar.
 
Xəbər kanalının bildirdiyinə əsasən Suriya ordusu hal-hazırda bu şəhərin şimal məntəqələrində minaları təmizləyir.
 
Bir çox ekspertlər Əl-Qəsir şəhərinin Suriya ordusunun əlinə keçməsini Qərb və ərəb dövlətləri tərəfindən dəstəklənən terroristlərə növbəti sarsıdıcı zərbə kimi dəyərləndirir.
 
Əl-Qəsir şəhərini Homs vilayətinin mərkəzi hesab etmək olar. Bu şəhərdə əkinçilik, sənaye, ticari fəaliyyətlər inkişaf edib. Bunlardan əlavə uyğun şəhər geniş əraziyə malikdir və bir çox kəndlərə sahibdir.
 
Coğrafi mövqe
 
Əl-Qəsir şəhəri coğrafi baxımdan Suriyanın qərbində yerləşir və Homs vilayətinin mərkəzindən yanlız 35 km aralıda yerləşir. Eyni zamanda bu şəhər Livanla sərhəddin 15 kilometrliyindədir. Əl-Qəsir şəhərinin əksər məntəqələri alçaq hündürlükdə yerləşir və bu şəhərdə dağlıq ərazilərə demək olar ki, rast gəlinmir. Asi çayı da bu şəhərdən keçir. 
 
Homs şəhərinin cənub-qərbində yerləşən Qəsir şəhəri əslində Livanın şimalı və Homs vilayətinin cənubu ilə rabitə yaradır. Suriyada gərginlik yaranmamışdan öncə bu məntəqə əhalisi Livanla sıx əlaqədə idi.
 
Qarşıdurmalar yaranmazdan öncə Əl-Qəsir şəhərinin 42 min əhalisi vardı. 40-dan çox kənd bu şəhərə tabe idi. Yer vasitəsi ilə olan yollar bu şəhəri Homs vilayətinə və “Riyaq-Hələb” dəmir yolu onu Livana bağlayırdı. Amma elə görünür ki, Suriyadakı qarşıdurmalar nəticəsində dəmir yolu fəaliyyətini dayandırıb.
 
Bu şəhər münasib hava, su kimi ünsürlərə malik olduğundan burada əkinçilik geniş yayılmışdır. Əl-Qəsir şəhərində də Suriyadakı digər bir neçə şəhər kimi tarixi tikililər mövcuddur. Misal olaraq tarixi Cusiyyə şəhərinin göstərmək olar. Bu şəhərin sakinlərinin əksəriyyəti məsihi olub. Digər tarixi şəhərlərə “Teləl-nəbi mindu” ya “Qadəş” şəhərini göstərmək olar.
 
Əl-Qəsir şəhərinin strateji əhəmiyyəti
 
Son zamanlar İngiltərənin təhlükəsizlik idarəsi bəyanat yayaraq Homs vilayətinin cənub-qərbində, xüsusi ilə Əl-Qəsir şəhərində gedən döyüşləri dünya müharibəsi kimi qələmə verdi. Bu məntəqədəki döyüşlər Suriya ordusu ilə beynəlxalq dəstəyə malik silahlı terroristlər arasında idi. Əldə olan məlumatlar göstərir ki, Homs vilayətinin cənub-qərbində 23 kənd və əkin sahəsi var ki, orada 30 min livanlı şiə yaşayır. Bu kəndlərin əksəri Livan ərazisi hesab olunur. Amma “Sayks-Piko” müqaviləsinə əsasən uyğun ərazilər Suriyaya qatılıb. Bu kəndlər və ahalisi Suriyadan hesab olunsa da əslində onlar Livan vətəndaşıdır və Livan pasportuna sahibdirlər.
 
Elə son günlər öz çıxışında sərhəd məntəqəsindəki livanlı şiələri müdafiə etmək barədə danışan Seyyid Həsən Nəsrullah uyğun məntəqə və orada yaşayan ahalini nəzərdə tuturdu.
 
Əl-Qəsir şəhərinin Suriya böhranında əhəmiyyətli rolu
 
Suriya böhranında ötən iki ildə Əl-Qəsir məntəqəsinin əhəmiyyəti ilə bağlı deyə bilərik: İngiltərə səfirliyinin diplomatlarından biri təkidlə vurğulayır ki, böhranın ilk ilində Suriyadakı terroristlərə göndərilən silahların 60%-i bu şəhər və ətraf kəndlərdən göndərilirdi. 
 
O əlavə edib: Doğrudur ki, bəziləri Əl-Qəsir şəhərinin əhəmiyyəti ilə bağlı danışarkən bu şəhərin strateji bir şəhər olduğunu bildirir. Onlar iddia edirlər ki, silahlı müxalifət bu şəhərə nəzarəti tam əlinə ala  bilsə, Suriyanı iki hissəyə ayıra bilər. Amma bu uyğun məntəqə ilə bağlı deyiləsi bütün həqiqət deyil. 
 
Bu  məntəqə Qərb və ABŞ-ın strateji baxışlarına əsasən Orta Şərqdəki ən mühüm və ən təhlükəli məntəqədir. Buna dəlil kimi isə uyğun şəhərin İranla Hizbullah təşkilatı arasında rabitə yaratdığı göstərilir.
 
Elə bu səbəbdən ingilis diplomat inanır ki, Suriya böhranı yaranan gündən Suriyada fitnəkarlıq yaratmaqla məşğul olan ölkələr terrorist quruplaşmalara bildirirdi ki, bütün gücünüzü sərf etməklə Əl-Qəsir şəhərini tam əlinizə almalısınız. Bu yolla məntəqədə müqavimət hərəkatının bir-biri ilə rabitəsi qırılmalıdır.
 
Əl-Qəsir şəhərinin Suriya quruluşu üçün əhəmiyyəti
 
Əl-Qəsir şəhərinin Suriya quruluşu üçün əhəmiyyəti ilə bağlı deyə bilərik ki, Suriya ordusu bu şəhərə nəzarəti ələ almaqla Suriya paytaxtı Dəməşqlə Aralıq dənizi sahili və Tartus, Laziqiyyə limanları ilə əlaqə yarada biləcək.
  
Əl-Qəsir şəhərinə nəzarəti ələ almaq səbəb olacaq ki, silahlı terroristlər bundan sonra Livanın şimalına azad gedib-gələ bilməsinlər. 
 
Comment