0
Friday 7 June 2013 - 13:08

Britaniyanın Hizbullahı qara siyahıya salmaq cəhdi boşa çıxıb

Story Code : 271336
Britaniyanın Hizbullahı qara siyahıya salmaq cəhdi boşa çıxıb
Britaniyanın Hizbullahı qara siyahıya salmaq cəhdi boşa çıxıb
Islam times.org/az/ - Britaniya mediasının bildirdiyinə görə Britaniya keçən il Bolqarıstanda İsrail turistlərinə olunan hücumun arxasında Hizbullahın durması haqqında avropalı müttəfqilərini inandıra bilmədi və bu səbəbdən də Avropa Birliyi Hizbullahı terror təşkilatı kimi qəbul etmədi.

Hücum hadisəsi keçən ilin iyul ayında Bolqarıstanın kurort ərazisi olan Burqada baş vermiş və nəticədə bolqarıstanlı sürücü də daxil olmaqla beş israilli turist qətlə yetirilmişdir.

Bu hadisə Böyük Britaniya tərəfindən Hizbullahı Avropa Birliyində terror təşkilatı kimi tanınmasından bəhanə kimi istifadə edilmişdir.

Buna baxmayaraq bir sıra Avropa Birliyi ölkələri bu hadisənin Hizbullah ilə əlaqəsi olması haqqında şübhələrinə ifadə etmişdilər.

Hizbullah Livan cəmiyyətində əsas siyasi və ictimai möqeyə malikdir və Avropa Birliyi bildirib ki, Hizbullahı terror təşkilatı kimi qəbul etmək Livanın stabilliyi üçün böyük təhlükədir.
Həmçinin bir il ərzində aparılan araşdırma nəticəsində Bolqarıstan hökuməti Hizbullahın bu hücumda iştirakını sübut edən heç bir dəlil aşkar etməyib.

Yaxın Şərq üzrə ekspert Elena Pavlova deyib: “Hücum baş verdi və dərhal bütün dünya bunu Hizbullahın etdiyini bildirdi. Ancaq biz artıq bir ildir ki, araşdırma aparırıq, ancaq bu haqda heç bir dəlil aşkar etməmişik.”

Elena yerli jurnalist Ruslan Yardanov ilə birlikdə partlayışdan bir gün sonra internetdə hücuma görə məsuliyyəti öz üzərinə götürən əl Qaidəyə aid videonu aşkar etdiklərini bildiriblər.

Hizbullah da öz növbəsində bu partlayışda əli olması haqqında yayılan fikirləri rədd etmişdir.
Source : Islamtimes
Comment