QR CodeQR Code

Avropa Birliyi Suriyadakı avropalı ekstremistlərin geri qayıtmasından narahatdır

Islamtimes , 9 Jun 2013 00:38

Islamtimes - Avropa Birliyinə üzv ölkələrin daxili işlər nazirləri Luksemburqda toplaşaraq Suriya hökumətinə qarşı terroristlər ilə bir yerdə döyüşməyə gedən avropalı ekstremistlərin təcrübə topladıqdan və terror təşkilatları ilə əlaqələr qurduqdan sonra avropaya geri qayıtmalarından çox narahat olduqlarını bəyan ediblər.


islamtimes.org/az/ - Asoşeytid Press xəbər agentliyinin cümə günü verdiyi məlumatda deyilir ki, Avropa Birliyi üzv dövlətləri Suriyada terroristlər ilə bir yerdə döyüşən ekstremistlərin Avropaya geri qayıdaraq Avropa ölkələri boyunca yeni təlim və təcrübələrində istifadə edərək terror aktları həyata keçirəcəklərindən çox narahatdırlar.

Avropa Birliyinin anti-terror əməliyyatları rəhbəri Gilles de Kerçove çərşənbə günü deyib ki, Avropa Birliyi nazirləri həmçinin avropalı ekstremistlərin Suriyadakı təkfirçilərə qoşulmağın qarşısını almağın yollarını da müzakirə edəcəklər.

Avrop Birliyi rəsmisi deyib ki, o birliyə üzv dövlətlərdən Suriyaya səfər edən şübhəli şəxslər üzərində nəzarəti gücləndirməsini tələb edib.

Kerçove deyib: “Biz heç vaxt bu qədər sayda ekstremistlərin səfərini müşahidə etməmişdik.”

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc vətəndaşları qətlə yetiriblər.


Story Code: 271760

News Link :
https://www.islamtimes.org/az/news/271760/avropa-birliyi-suriyadakı-avropalı-ekstremistlərin-geri-qayıtmasından-narahatdır

Islam Times
  https://www.islamtimes.org