QR CodeQR Code

Türkiyədə etirazlar davam edir

10 Jun 2013 06:34

IslamTimes - Ankaranın “Kızılay” meydanında toplaşan etirazçılarla polis arasında növbəti toqquşma baş verib.


APA-nın CNNTürk kanalına istinadən verdiyi məlumata görə, polis etirazçılara dağılışmaq çağırışı edib. Daha sonra isə etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.
 
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan isə İstanbul və Ankarada mitinqlərdə çıxışlar edib. O deyib ki, baş verənlər İstanbuldakı Gəzi parkında “5-10 ağacın kəsilməsinə” etiraz deyil. Ərdoğan iddia edib ki, bu insanlar Türkiyəni qarışdırmaq istəyir. 

Ərdoğan etirazçıların dövlətlə danışığa getməsini istəyib. O deyib ki, əgər rədd cavabı gəlsə, o zaman mən sizin anlayacağınız dildən danışmağı bilirəm. 

Türkiyənin baş naziri sahibkar, sərmayəçi və universitet rəhbərlərinə də mesaj göndərib, etirazlara dəstək verəcəkləri təqdirdə itirəcəklərini bildirib.  

Ərdoğan “türk baharı” ifadəsinə də çox əsəbi reaksiya verib: “Türk baharı 2002-ci ilin 3 oktyarında oldu, bitdi”.   


Story Code: 272067

News Link :
https://www.islamtimes.org/az/news/272067/türkiyədə-etirazlar-davam-edir

Islam Times
  https://www.islamtimes.org