0
Tuesday 11 June 2013 - 09:21

İranda prezident seçkilərini 421 jurnalist işıqlandıracaq

Story Code : 272444
İranda prezident seçkilərini 421 jurnalist işıqlandıracaq
Bunu İran Mədəniyyət Nazirliyinin Xarici KİV-lərlə iş üzrə idarəsinin rəhbəri Məhəmmədnasir Həqiqət deyib.
Onun sözlərinə görə, seçkilərdə iştirak etmək məqsədilə 28 ölkənin 86 KİV-dən 186 jurnalistə İrana gəlmək üçün viza verilib. 27 ölkənin 235 jurnalist (115 KİV-dən) isə Tehranda ofisi olan xarici KİV-in nümayəndəsidir.
 
Həqiqət bildirib ki, əgər seçkilər ikinci tura qalarsa, həmin jurnalistlər istəsələr, vizanın vaxtı uzadıla bilər.
İdarə rəhbəri seçkiləri işıqlandıracaq tanınmış xarici KİV-lərdən Azərbaycanın Trend İnformasiya Agentliyinin, Almaniyanın RTL, ARD, ZDS, Avstraliyanın ORF, İtaliyanın STS, RAI, TG-2, Rusiyanın "Russia Today", REN TV, NTV, "Kanal 24" telekanallarının və s. adını çəkib.
 
Seçkilərdə Yaponiya, Böyük Britaniya, BƏƏ, Fransa, Türkiyə, İraq, Ukrayna, ABŞ, Suriya, Çin və s. ölkələrdən jurnalistlər də iştirak edəcək. /anspress/
Comment