QR CodeQR Code

Həddad Adil seçkilərdən çəkildi?

11 Jun 2013 09:29

IslamTimes - Qulaməli Həddad Adilin seçkilərdən çəkildiyi barədə məlumat yayılıb


İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə görə, İran seçkilərində namizədlərdən biri olan Qulaməli Həddad Adil seçkilərdən çəkildiyini bildirərək İran xalqına müraciət edib. O müraciətində İran xalqından inqilabın ali rəhbərinin düşüncə meyarlarına əməl etməyini, İmamın və rəhbərin nəzərdə tutduğu dəyərləri himayə edənlərə səs vermələrini istəyib.
 
“Tabnak” xəbər agentliyini isə yayılan xəbərin yanlış olduğunu dərc edib: Həddad Adilin seçki kampaniyasının sözçüsü Müctəba Təvangər deyib: ”Həddad Adil seçkilərin sonuna kimi səhnədə qalacaq və heç bir namizədin xeyrinə çəkilməyəcək. O şəxslər ki, Həddad Adilin çəkildiyini deyirlər, öz mənafelərinin təhlükədə olduğunu düşünürlər.”
/islamazeri/


Story Code: 272447

News Link :
https://www.islamtimes.org/az/news/272447/həddad-adil-seçkilərdən-çəkildi

Islam Times
  https://www.islamtimes.org