0
Tuesday 11 June 2013 - 21:26

Lavrov: Cenevrə 2 sülh konfransının təxirə salınmasında Suriya müxalifəti məsuliyyət daşıyır

Story Code : 272689
Lavrov: Cenevrə 2 sülh konfransının təxirə salınmasında Suriya müxalifəti məsuliyyət daşıyır
Lavrov: Cenevrə 2 sülh konfransının təxirə salınmasında Suriya müxalifəti məsuliyyət daşıyır
Islam times.org/az/ - ABŞ-ın CBS telekanalına müsahibə verən Lavrov deyib: “Və amerikalı rəsmilər də dərk edirlər ki, xarici sponsorların pul yatırtmaq istədikləri milli koalisiya nəinki danışıqlar aparmağa hazırdırlar, onlar hətta koalisiyaya kimin rəhbərlik etməsi haqqında belə qərara gələ bilmirlər.”

Suriya məsələsində planlaşdırılmış beynəlxalq konfransın təxirə salınmasında müxaliftəin məsuliyyət daşıyıb-daşımadığı haqqında suala Lavrov “hə” cavabını verib.

O deyib: “Bu çox təəssüfləndiricidir, çünki daim Suriya xalqı ilə bir yerdə olan və heç vaxt Suriyanı tərk etməyən bir sıra konstruktiv qruplar da bu koalisiyaya daxildir.”

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan silahlı üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanların həlak olmasına səbəb olublar.

Suriya hökuməti münaqişəsinin xaricdən qızışdırıldığını demiş və bildirmişdir ki, Suriya hökumətinə qarşı döyüşən üsyançıların əksəriyyəti xarici vətəndaşlardan ibarətdir.
Source : Islamtimes
Comment