QR CodeQR Code

İran xalqından düşmənlərinə növbəti sarsıdıcı zərbə

14 Jun 2013 09:07

IslamTimes - Təqribən 1 saat yarım öncə yerli saatla 8-00-da İran İslam Respublikasında prezident seçkilərinə start verilib. Bütün şəhərlərdə yüzlərlə insan səs vermək üçün növbəyə durub.


Təqribən 1 saat yarım öncə yerli saatla 8-00-da İran İslam Respublikasında prezident seçkilərinə start verilib. İslam İnqilabı Rəhbəri cənab Ayətullah Xamenei hər zamankı kimi seçki başlayan dəqiqə seçki dairəsində hazır olub və səs verib. Səsvermədən sonra cənab Xamenei bildirib ki, o öncədən də bildirdiyi kimi hansı namizədə səs verdiyini seçkilərin gedişatına təsir etməsin deyə açıqlamayacaq. O bildirib ki, öz övladlarına, ailəsinə belə kimə səs verəcəyini söyləməyib. 
 
Bəzi vətəndaşlar səsvermə üçün gecə saatlarından seçki dairəsinin önündə sıra tutub. Yerli televiziyaların bütün şəhərlərdən yayımladığı canlı bağlantılarda da yüzlərlə insanın səsvermə üçün növbədə durduğunu görünür. Bu isə heç də Qərb və ABŞ-ın ürəyincə olmayıb.
 
Xatırladaq ki, seçkilərdə iştirak etmək məqsədilə 28 ölkənin 86 KİV-dən 186 jurnalistə İrana gəlmək üçün viza verilib. 27 ölkənin 235 jurnalist (115 KİV-dən) isə Tehranda ofisi olan xarici KİV-in nümayəndəsidir.


Story Code: 273503

News Link :
https://www.islamtimes.org/az/news/273503/iran-xalqından-düşmənlərinə-növbəti-sarsıdıcı-zərbə

Islam Times
  https://www.islamtimes.org