QR CodeQR Code

AZƏRBAYCAN DÖVLƏTİ İSRAİLİN SON HƏRƏKATINI PİSLƏYİR

ANS press , 1 Jun 2010 21:35

Elxan Poluxov: “Azərbaycan Qəzza zolağına humanitar yardım aparan gəmi karvanının İsrail hücumuna məruz qalmasını pisləyir”.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov yaranmış vəziyyətin Azərbaycanda narahatlıq doğurduğunu bildirmişdir.

“Azərbaycan tərəfi hesab edir ki, humanitar bir aksiyanın insan tələfatı ilə nəticələnməsi narahatlıq doğuran bir faktdır. Bu hadisə qısa müddətdə dəqiqliklə araşdırılmalı və günahkarlar öz cəzalarını almalıdır”.

Diplomat xatırladıb ki, Azərbaycan Qəzza zolağında yaşayan əhaliyə humanitar yardım göstərilməsinin tərəfdarıdır: “Bu barədə Azərbaycan dəfələrlə öz rəsmi mövqeyini bildirib. Ölkə prezidentinin tapşırığı ilə xarici işlər naziri Elmar Məmmədyarov keçən ilin martında Şarm əl Şeyx şəhərində keçirilən beynəlxalq donorlar konfransında Azərbaycanın bu mövqeyini açıqlamışdı. Azərbaycan bu mövqeyində qalır”.


Story Code: 27365

News Link :
https://www.islamtimes.org/az/news/27365/azərbaycan-dövləti-israilin-son-hərəkatini-pisləyir

Islam Times
  https://www.islamtimes.org