0
Sunday 16 June 2013 - 18:41

Ayətullah Xamenei: "Seçkilərin qalibi İran xalqıdır"

Story Code : 274104
Ayətullah Xamenei: "Seçkilərin qalibi İran xalqıdır"
İran xalqının 11-ci dövr prezident və 4-cü bələdiyyə seçkilərindəki fəallığından sonra, İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xamenei  İran xalqına xitabən təşəkkür müraciəti edib.
 
İslamazeri.az-ın "İRİB"ə istinadən verdiyi xəbərə görə, Ayətullah Seyid Əli Xamenei bu müraciətdə seçkilərin qəhrəmanlıq səhnəsində mömin və qeyrətli iranlıların diqqətləri özünə cəlb edəcək möhtəşəm iştirakına toxunaraq bu əzəmətli iştirakı artmaqda olan siyasi inkişaf və dini demokratiyaya sədaqətli şəkildə israrlı qalmaq və paxıl düşmənlərin uydurmaları və puç sehrlərinin batil olmasının göstəricisi adlandırıb.
 
İranın Ali Dini lideri deyib: "Seçkilərin həqiqi qalibi İranın böyük xalqıdır ki, ilahi lütf və qüvvə ilə möhkəm addım ata və nüfuzedilməz gövhər, qətiyyətli, möhkəm və ümid və imanla dolu simasını nümayiş etdirə bildi.
Seçilən prezident bütün xalqın prezidentidir. Hamı prezident və onun hökumətdəki əməkdaşlarının gerçəkləşdirməyə çalışdıqları böyük amalların əldə olunmasında onlara kömək və onlarla səmimi şəkildə əməkdaşlıq etməlidir. Lazım bilirəm ki, xüsusi şəkildə, milli media və seçki həyəcanını məntiqli və ustalıqla yaradan hörmətli məsul şəxsləri, prezidentliyə namizədlərin motiv, düşüncə və məqsədlərini, İslam Respublikası quruluşunda hökumətin formatını açıq-aşkar və sədaqətli şəkildə çatdıran və bütün dünyaya əks etdirənlərə təşəkkürümü bildirəm və onlar üçün tofiq və əcri Allahdan diləyəm.
Sonda təvazökarlıqla Allaha böyük nemətlərinə görə şükür edir, ali məqamlı böyük imamın, şəhidlərin və fədakarların xatirəsini yad edərək bu ölkə və bu xalq üçün daha yaxşı gələcəyi diləyirəm".  /islamazeri/
Comment