QR CodeQR Code

“İSRAİL REJİMİNİN XİLAS OLAMAĞA VAXTI QALMAYIB”

Dəyərlər AİN , 2 Jun 2010 21:34

İsraildə artıq heç kəs özü üçün məmnunluq illuziyası yarada bilmir


Milli təhlükəsizlik sahəsində vəziyyət gərgin bir durumdadır. İsrailin Livandan birtərəfli şəkildə geri çəkilməsi buna gətirib ki, indi biz şimaldan strateji təhlükə gözləyirik. Qəzzadan birtərəfli geri çəkilmə səbəbi ilə isə, İsrail cənubdan raket zərbələri təhlükəsi altındadır.

Olmertin Livanda başladığı müharibə Hizbullahın gücünü hədsiz dərəcədə artırıb. Olmertin Qəzzada həyata keçirdiyi müharibə isə, İsrailin legitimliyini ən təhlükəli formada böyük sual altına alıb. Bu dörd kədərli hadisə və həmçinin, müxtəlif qruplaşmaların İsrailin raket arsenalı ilə təchiz edilməsi nəticəsində İsrail 2010-cu ildə 2000-ci ilin İsraili ilə müqayisədə olduqca bərbad vəziyyətdədir. Bu gün onun üçün təhlükə yaradan qüvvələrə güclü zərbə endirmək imkanları demək olar ki, tam məhdudiyyət səviyyəsindədir. İndiki sükut aldadıcıdır. Bizim üstü ilə gəzdiyimiz buz çox nazikdir. Bu buzun nə zaman və hansı şəraitdə çat verəcəyini təsəvvür etmək çətin deyil.

Raket zərbələri qədər az təhlükəli olmayan bir təhlükə İsrailin işğalının davam etməsi ilə bağlıdır. Günü-gündən Qərb sahilində yerləşdirilənlər öz həyat şəraitini genişləndirir. Günü-gündən ərazidə vəziyyət daha da qarışır. Fələstinlilər artıq demək olar ki, tam olaraq “iki xalq üçün iki dövlət” ideyasından imtina edib. Dünya ictimaiyyəti münaqişə tərəflərindən birinin hərəkətlərinə daha çox əsəbiləşir. Və bu fələstinlilər deyil. İsrailin mənəvi statusu da dünyada biabırçı bir hal alır. İşğalın davam etməsi səbəbi ilə yəhudi dövlətinin mövcudiyyəti üçün təhlükə daha çox hiss olunur. Zaman İsrailin əleyhinə işləyir.

Lakin, sağçılar belə düşünmür. Sağçılar hələ də deyirlər ki, bir-iki xırda şeyi çıxmaqla qalan hər şey yaxşıdır. Binyamin Netanyaho müəyyən müddətə Barak Obamanın həmlələrini əks etdirə bilib. Əvvəldə olduğu kimi indi də İsraili optimistik əhval-ruhiyyə xilas etməyə çalışır. Biz yenə də sübut etmək istəyirik ki, ən çətin şəraitlərdə belə yaşaya bilirik. Sağçılar bizi sakit edir, darıxmayın dostlar, zaman İsrailinin xeyrinə işləyir.

Son onillikdə israillilər zaman hissini itiriblər. Onlar həmçinin ölçü hissini də itiriblər. Belə bir illuziya yaradılıb ki, guya hərbi güc və iqtisadi çiçəklənmə - gələcəyi təmin etmək üçün kifayət edir. Bizə sakitliyi təmin edən TSAXAL və ŞABAK-a gəlincə isə, onlar acı sakitliyə qapalıblar. Bütün bunlar bizə həyatımızı bayrama çevirməyə imkan verib. Lakin, bunlara rəğmən həyatımızın əsl vəziyyətinin hansı səviyyədə olması barədə özümüzə hesabat vermirik. Buna görə də, üstümüzə gələn bütün təhlükələri iqnor etmək üçün şərait yaratmışıq.

Zaman mübahisəsi – ölüm-dirim mübahisəsidir. Livan müharibəsində sağçılar hesab edirdilər ki, hələ onların vaxtı var. İntifada zamanı da düşünürdülər ki, hələ onların kifayət qədər zamanı var. Və bu gün bu qədər təhlükələr qarşısında sağçılar yenə düşünürlər ki, onların ehtiyat zamanı var. Lakin, əsl həqiqət budur ki, vaxt yoxdur. Əgər biz elə bu an zamandan qaçmağa başlamasaq, zaman bizi haqlayacaq və zərbə endirəcək. Biz həyasan siqnalını hələ eşitmirik.

Sionist KİV-i (“Kursor”): Ari Şavit


Story Code: 27442

News Link :
https://www.islamtimes.org/az/news/27442/israil-rejiminin-xilas-olamağa-vaxti-qalmayib

Islam Times
  https://www.islamtimes.org