QR CodeQR Code

İSLAM İNQİLABI RƏHBƏRİNİN BƏYANATI

3 Jun 2010 01:58

İslam inqilabı rəhbəri sionist rejiminin son günlərdəki cinayətlərini tənqid etmişdir.


İslamtimes- İslam inqilabı rəhbəri həzrət Ayətullah Seyyid Əli Xameneyi ötən gün sionist rejiminin Qəzzaya insani yardım aparan karvana hücumunu bütün dünya bəşəriyyətinin vicdanlarına və ümüi düşüncələrinə edilmiş təcuv olaraq adlandırdı. 

Qeyd olunmuş bəyanatın ixtisarla məzmunu. 

Bağışlayan və Mehriban Allahın adı ilə 

Seyyid Əli Xameneyi Qəzza xalqına insanı yardım aparan gəmi karvanına hücumu sionist rejiminin haqsızlıq, cinayət və zülümdən təşkil tapmış zəncirinin bir halqasına bəzədərək baş vermiş son amansız və qeyri insani hadisəni son on illərdə məntəqə müsəlmanlarının xüsusən məzlum Fələstin xalqının çəkdiyi zülümlərdən bir nümunə olduğunu bildirmişdir. 

Islam inqilabı rəhbəri insani yardım aparan gəmi karvanını islam və ərəblərin deyil bəlkə dünyanın müxtəlif nöqtələrindən bəşəriyyət vicdanının təmsilçisi olduğunu bildirmişdir. Belə bir karvana vəhşicəsinə hücum bütün millətlər üçün azadlıq iddiası edən sionist rejiminin faşizmdən belə qəddar bir simaya malik olmasına sübut olmalıdır. 

İslam inqilabı rəhbəri əlavə edərək daima cinayətkar sionist rejimindən siyasi, hərbi və iqtisadi himayə edən Amerika, İngiltərə, Fransa və digər avropa ölkələrinin də cavab vermələrinin gərəkli olduğunu bildirmişdir. 

Islam inqilabı rəhbəri sonda fələstin xalqına xitab edərək demişdir: “Mənim fələstinli qardaş və bacılarım! Qüdrətli və Həkim olan Allaha və öz qüvvənizə inamınız olsun”


Story Code: 27465

News Link :
https://www.islamtimes.org/az/news/27465/islam-inqilabi-rəhbərinin-bəyanati

Islam Times
  https://www.islamtimes.org