QR CodeQR Code

Tehran Suriyaya hərbçi göndərildiyini təkzib etdi

18 Jun 2013 15:21

IslamTimes - İran hökuməti Suriyada hakimiyyət qüvvələrinə kömək etmək üçün öz hərbçilərini bu ölkəyə göndərmir.


İran Xarici İşlər Nazirliyinin sözcüsü Abbas Əraqçi belə bir bəyanatla çıxış edib.  “Biz İranın 4 min hərbçisini Suriyaya göndərməsi barədə yayılan xəbərləri tam şəkildə təkzib edirik. Suriya hökumətinin öz ölkəsində terrorçular ilə mübarizə aparmaq üçün kifayət qədər imkanları var. Onlara başqa qüvvələrin kömək etməsinə gərək yoxdur” – deyə XİN rəsmisi bildirib.
 
Qeyd edək ki, Britaniya qəzetləri bu gün İranın öz hərbçilərini Suriyaya göndərməsi barədə məlumatlar yayıb. /deyerler/


Story Code: 274663

News Link :
https://www.islamtimes.org/az/news/274663/tehran-suriyaya-hərbçi-göndərildiyini-təkzib-etdi

Islam Times
  https://www.islamtimes.org