0
Tuesday 18 June 2013 - 15:21

Tehran Suriyaya hərbçi göndərildiyini təkzib etdi

Story Code : 274663
Tehran Suriyaya hərbçi göndərildiyini təkzib etdi
İran Xarici İşlər Nazirliyinin sözcüsü Abbas Əraqçi belə bir bəyanatla çıxış edib.  “Biz İranın 4 min hərbçisini Suriyaya göndərməsi barədə yayılan xəbərləri tam şəkildə təkzib edirik. Suriya hökumətinin öz ölkəsində terrorçular ilə mübarizə aparmaq üçün kifayət qədər imkanları var. Onlara başqa qüvvələrin kömək etməsinə gərək yoxdur” – deyə XİN rəsmisi bildirib.
 
Qeyd edək ki, Britaniya qəzetləri bu gün İranın öz hərbçilərini Suriyaya göndərməsi barədə məlumatlar yayıb. /deyerler/
Comment