0
Tuesday 18 June 2013 - 16:08

Regional münaqişələr İsrailin maraqlarına xidmət edir

Story Code : 274684
Regional münaqişələr İsrailin maraqlarına xidmət edir
Regional münaqişələr İsrailin maraqlarına xidmət edir
Islam times.org/az/ - Bazar ertəsi günü Livan parlamentinin üzvü Zuheyr əl Xətib ilə görüşən Roknabadi deyib ki, düşmənlər Suriyada davam edən münaqişənin xeyirlərinə olduğunu hesab edirlər və bu səbəbdən də münaqişənin həllində maraqlı deyillər.

İranlı səfir deyib ki, regional xalqlar arasında narazılıq və münaqişənin mövcudluğu ən çox İsrail rejiminin xeyrinədir.

Artıq iki ildən çox bir müddətdir ki, Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli sayda dinc insanları qətlə yetiriblər.

Livan parlamentinin üzvü Xətib isə deyib ki, İslam İnqilabının qələbəsindən bəri İran həmişə regionda mövcud olan münaqişələri həll etməyə çalışıb və bu sahədə xeyli müvəffəqiyyət qazanıb.

Livanlı millət vəkili həmçinin 14 iyun tarixində keçirilən İran prezident seçkilərinə toxunub və deyib ki, səs vermə İslam Respublikasında həqiqi demokratiyanın mövcud olduğunu sübut etdi.

İranın prezidenti seçilmiş Höccətülislam Həsən Ruhani 50.7% səs çoxluğu ilə 14 iyun tarixində keçirilən prezident seçkilərinin qalibi oldu.

İranın daxili işlər nazirliyinin verdiyi məlumata əsasən seçkidə əhalinin 72.7% iştirak edib.
Source : İslamtimes
Comment