0
Wednesday 19 June 2013 - 11:42

Lavrov: Suriya müxalifəti sülh danışıqları üçün heç bir şərt qoya bilməz

Story Code : 274875
Lavrov: Suriya müxalifəti sülh danışıqları üçün heç bir şərt qoya bilməz
Lavrov: Suriya müxalifəti sülh danışıqları üçün heç bir şərt qoya bilməz
Islam times.org/az/ - Çərşənbə axşamı günü Rusiya xarici işlər nazirliyinin veb səhifəsində dərc edilən məlumatda Lavrov bir daha Moskvanın mövqeyini xatırladaraq bildirib ki, Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən devrilməsi sülh danışıqları üçün şərt ola bilməz.

7 May tarixində Rusiya və ABŞ Moskvada artıq iki il davam edən Suriya münaqişəsinə son qoymaq üçün beynəlxalq konfransının təşkil edilməsi haqqında razılığa gəliblər.

Daha sonra isə Milli Koalisiya kimi tanınan Suriya müxalifət bloku Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməyəcəyi təqdirdə Cenevrə 2 sülh konfransında iştirak etməyəcəklərini bildiriblər.

Rusiyalı nazir daha sonra deyib: “Biz konfransın hökumət nümayəndələrinin hakimiyyəti müxalifətə təhvil verməsini təmin edən bir ictimai akt olmasının əleyhinəyik.”

O əlavə edərək deyib ki, Suriya hökuməti konfransa qatılmağa razılıq verib və xarici işlər naziri Vəlid əl Muəllimin rəhbərlik etdiyi bir nümayəndə heyəti də yaradıb.

O müxalifətin prezident Bəşər Əsədin hakimiyyətdən devrilməsini şərt qoymasını Suriya münaqişəsinin həll edilməsi yolunda maneə olduğunu bildirmiş və demişdir ki, bu cür müxalifət ilə sülhə nail olmaq çox çətindir.

BMT-Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Laxdar Ibrahimi 7 iyun tarixində bəyan edərək bildirib ki, görüş iyul ayında baş tutmalıdır. Ancaq danışıqların iyun ayında keçirilməsi nəzərdə tutulmuşdur.
Source : İslamtimes
Comment