0
Wednesday 19 June 2013 - 12:01

Rusiyalı millət vəkili: Ruhaninin qələbəsi ABŞ-ın hərbi ssenarisini alt-üst etdi

Story Code : 274885
Rusiyalı millət vəkili: Ruhaninin qələbəsi ABŞ-ın hərbi ssenarisini alt-üst etdi
Rusiyalı millət vəkili: Ruhaninin qələbəsi ABŞ-ın hərbi ssenarisini alt-üst etdi
Islam times.org/az/ - Rusiyanın Ria Novosti telekanalının verdiyi məlumata görə Rusiya parlamentinin aşağı palatasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov deyib: “Ruhaninin İranda qələbəsi ABŞ-ın İrana qarşı hərbi ssenarisinin qarşısını alacaq.”

Ruhani 14 iyun prezident seçkilərində 50.7% səs toplayaraq seçkilərin qalibi oldu.

İran daxili işlə nazirliyi seçkilərdə ümumi iştirakın 72.7% olduğunu bildirib.
Puşkov deyib: “Bilməyənlər üçün deyim ki, İran problemini həll etmək üçün ABŞ altı və yaxud yeddi ildir ki, hərbi ssenari hazırlayır. Hər dəfə müəyyən bəhanələr gətirərək İrana qarşı hərbi hücum həyata keçirmək istəyir. Sonuncu bəhanə kimi İranın nüvə enerji proqramından istifadə etmək istəyir. Ancaq Qərb ilə müxtəlif məsələlərdə, məxsusən də nüvə proqramı məsələsində konstruktiv danışıqlar aparmaq niyyətində olan Ruhaninin qələbəsi ABŞ-ı bu ssenarini həyata keçirməyə imkan vermyəcək.”

ABŞ, İsrail rejimi və onların bəzi müttəfiqləri dəfələrlə İranı nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edərək Tehranı hərbi hücum ilə hədələyiblər.

ABŞ prezidenti Barak Obama hələ mart ayında bəyan edərək bildirib ki, İran nüvə enerji proqramının qarşısını almaq üçün bütün seçimlər masa üzərindədir.

İran isə öz növbəsində bu əsassız ittihamları rədd etmiş və Nüvə Silahı Yayılmama Razılığını imzalyan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü olan bir dövlət kimi nüvə enerji proqramından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı olduğunu bildirib.

Bu arada İranın yeni seçilmiş prezidenti Həsən Ruhani ilk mətbuat konfransında bəyan edərək bildirib ki, İranın nüvə enerji proqramı təmamilə şəffafdır, ancaq biz bütün dünyaya İran İslam Respublikasının nüvə enerji proqramının daha da şəffaf olduğunu göstərmək üçün lazımi addımlar atmağa hazırıq.
Source : İslamtimes
Comment