QR CodeQR Code

Edvard Snovden: ABŞ siyasətçiləri amerikalılara yalan danışırlar

İslamtimes , 19 Jun 2013 13:08

Islamtimes - ABŞ milli təhlükəsizlik agentliyinin sabiq nümayəndəsi Edvard Snovden ABŞ-ın yüksək vəzifəli siyasətçilərini kütləvi qalmaqallardan qaçınmaq üçün davamlı olaraq amerika xalqına yalan danışdıqları üçün tənqid edib.


islamtimes.org/az/ - Sabiq CİA nümayəndəsi deyib ki, o Obama administrasiyasının və amerika xalqı tərəfindən seçilən rəsmilərin “davamlı yalanlarını” ifşa etmək üçün Vaşiqnton tərəfindən telefon danışıqlarına və internet əməliyyatlarına nəzarət etmək üçün istifadə edilən gizli proqramın üstünü açıb.

“The Guardian” qəzeti ilə canlı bağlantı quran Snovden deyib: “Mən başa düşürəm ki, hər kəsin baxışı fərqlidir, ancaq hqiqət mənim üçün bir saniyə də olsun gizli qalmadı. Mən daim Konqres rəsmilərinin davamlı yalanlarının şahidi olurdum və bu səbəbdən də hər şeyin üstünü açmağa məcbur oldum. ”

Snovden deyib: “Milli təhlükəsizlik rəhbərliyi vəzifəsində olan Ceyms Klapper kimi şəxslərin xalqa açıq-aşkar yalan danışması təhrif olunmuş demokratiyanı göstəricisidir.”

Texniki ekspert həmçinin sabiq vitse prezident Dik Çeyninin ittihamlarına cavab verərək onu satqın adlandırmış və demişdir ki, Çeyni bizə İraq münaqişəsi zamanı 4400 amerikalının ölməsi və 32 min nəfərin isə yaralanması və 100 min iraqlının qətlə yetirilməsi haqqında olan məlumatları təhrif edərək xalqa çatdırmamız haqqında göstərişlər vermişdir.

Vaşinqtonun təhdidlərinə cavab olaraq Snovden Amerika elektronik cəsus vasitələri haqqında daha çox məlumatları aşkar edəcəyini bildirib və ABŞ-ın həyata keçirdiyi bu siyasəti “zorakı cinayət” adlandırıb.

Snovdenin açıqlamaları cinayət işinin açılmasına səbəb olub və ABŞ rəsmiləri qalmaqallı məlumatların Guardian və Vaşinqton Postun əlinə keçməsində Snovdenin məsuliyyət daşıdığını bildiriblər.

Məlumata görə halhazırda Hong Kongdan siyasi sığınacaq istəyən Snovden deyib ki, o ABŞ-da ədalətli məhkəmənin keçirilməsinə inanmır, çünki ABŞ hökuməti onu artıq günahkar hesab edir.


Story Code: 274921

News Link :
https://www.islamtimes.org/az/news/274921/edvard-snovden-abş-siyasətçiləri-amerikalılara-yalan-danışırlar

Islam Times
  https://www.islamtimes.org