0
Wednesday 19 June 2013 - 14:41

“Azərbaycan-İran münasibətlərində mühüm dəyişiklik gözlənmir”

Story Code : 274964
“Azərbaycan-İran münasibətlərində mühüm dəyişiklik gözlənmir”
“Azərbaycan-İran münasibətlərində mühüm dəyişiklik gözlənmir”
Əlizadənin fikrincə, ictimaiyyət seçkidən sonra İranın siyasətində yumşalma və Qərblə güzəşt axtarışının başlanmasını gözləyir: “İran nüvə proqramlarını inkişaf etdirir və iddia edir ki, dinc məqsədlər güdür. Qərb buna şübhə edir. Yeni seçilmiş prezident Həsən Ruhani deyib ki, bu şübhələri dağıtmaq üçün daha geniş şəffaflığa, daha geniş riyazi şəffaflığa imkan yaradacaq.

Amerikada respublikaçıları demokratlar əvəz etdiyi kimi İranda da mühafizəkarlarla liberallar arasında rol dəyişikliyi baş verib. Həsən Ruhaniyə ümid bəsləyirlər ki, o, müəyyən yumşalmaya imkan yaradacaq. Görünür, İran xalqı mühafizəkarların radikalizmindən, sərt bəyanatlarında yorulub və mülayim bir lider tapıb.

İran nüvə proqramı ilə bağlı şəffaflığı təmin edib, Qərbi inandıra bilsə, sərt sanksiyalar götürülər. İran iqtisadiyyatına ciddi təsir edən sanksiyalar hökuməti daha çevik və anlaqlı olmağa vadar edir”.

Politoloq deyib ki, seçki İranda yaşayan digər xalqların milli hüquqları ilə bağlı ciddi yeniliyə gətirməyəcək: “İranda yaşayan azərbaycanlıların hüquqları başqa xalqların hüquqlarından az və ya çox pozulmur. Sadəcə, azərbaycanlılar bu məhdudlaşmanı milli amillə bağlayırlar. Bütün vətəndaşların hüquqları islam qanunları ilə məhdudlaşır. Ruhani yumşaq siyasət yürütsə, ola bilsin, milli hüquqlarla bağlı da müəyyən güzəştlər əldə edilə bilər.

Azərbaycan-İran münasibətlərində isə mühüm dəyişiklik gözlənmir. Münasibətlərdə müəyyən obyektiv, psixoloji ziddiyyətlər var. Bunlar tarixdən gəlir. Münasibətlərin yaxşılaşması üçün hər iki tərəf zümrə maraqlarından deyil, milli maraqlardan çıxış etməlidir. Son zamanlar həm İranda, həm də Azərbaycanda sərt bəyanatlar səslənir. Bu, xalqların mənafeyinə uyğun deyil. Bir çox hallarda anti-İran beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakını səhnə seçirlər. Bu anormallıq aradan qaldırılmalıdır, çünki xalqların mənafeyinə cavab vermir”.
Source : Mediaforum,Turan
Comment